Fazil Mustafa: `Qəzzadakı hadisələr görünməyən vəhşilikdir`

 Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa  son günlər Qəzzada baş verən qətliamla bağlı FaktXəbər-ə danışıb: 
 
“İsrail Yaxın Şərqdə yeganə ölkədir ki, Birləşmiş Millətlər Təşkilatını saymadan müharibə apara bilər, istənilən ölkəyə hücum edə bilər. Bu dünya siyasətində bir paradoks haldır. Təbii ki, bunu ABŞ-ın dəstəyi ilə həyata keçirə bilir.Dinc əhaliyə qarşı görünməyən bir vəhşilikdir. Müdafiə sistemi olmayan bir xalqa qarşı belə hücumların atılması insanlığa sığmayan bir addımdır.”
 
“Heç inandırıcı görünmür ki, 3 İsrail vətəndaşının öldürülməsi Fələstinin işi olsun, “Həmas”ın işi olsun. Bunu sübut edəcək heç bir əsas olmadan hücum etməklə görünür ki, “Həmas”ın Qəzzadan sıxışdırılıb çıxarılması və Qəzzanın ələ keçirilməsi İsrailin hədəfləridir.” – deyən millət vəkili FaktXəbər-ə bildirib ki, Azərbaycanın indiki halda mövqeyi bu münaqişənin dayanmasıdır:
 
“Təəssüf ki, Azərbaycana təsir edə biləcək qədər gücü yoxdur. Eyni zamanda Türkiyə hökumətinin yalnış siyasəti İsrailə hər hansı təsir mexanizmini aradan qaldırıb. Buna görə də,İsrail daha rahatlıqla regionda manevr edə bilir. İran indiki halda hansısa formada İsrailə qarşıdurmaya getməyə risk etmir. Azərbaycan mənəvi dəstəkdən başqa heç bir halda Fələstinə yardım edə bilmir.”
 

Google+ WhatsApp ok.ru