FBI: ABŞ-da nifrət zəminində cinayətlərin sayı artıb

FBI: ABŞ-da nifrət zəminində cinayətlərin sayı artıb

-- bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb

ABŞ-da keçən il nifrət zəminində cinayətlərin sayı bir qədər artıb. 
 
Maide.Az “amerikaninsesi”-ə istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (Federal Bureau of Investigation-FBI) nifrət zəminində illik statistikalarına görə, 2015-ci ildə 5850 insidentlə müqayisədə bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb.
 
Bu, 2004-cü ildən bəri ilk dəfədir ki, Birləşmiş Ştatlarda nifrət zəminində cinayətlərin sayı bir-birinin ardınca iki ildir artır. 2015-ci ildə nifrət zəmininə cinayətlərin yeddi faiz artdığı bildirilirdi.
 
Son rəqəmlər nifrət zəminində cinayətlərin azlıqda olan bir neçə qrupu hədəf aldığını göstərir.
 
Transgenderlərə qarşı cinayətlər 44, ərəblərə qarşı 38, müsəlmanlara qarşı isə 19.5 faiz, qeyri-ağlara qarşı cinayətlərin sayının 17,5, latın amerikalılar əleyhinə isə insidentlərin 15 faiz artdığı göstərilir.
 
Hesabatda yəhudilər əleyhinə insidentlərin üç faiz artdığı, qaradərililərə qarşı nifrət zəminində cinayətlərin isə 0.3 faiz azaldığı deyilir. Asiyalılara qarşı insidentlərin isə əvvəlki səviyyədə qaldığı göstərilir.
 
Agentlik nifrət zəminində cinayət hallarının qeydiyyatını 1992-ci ildən başlayaraq aparır.
 
Agentliyin nifrət zəminində cinayətlərlə bağlı statistik rəqəmlərinin təxminən bir il geri qaldığı və Amerikada bu zəmində insidentlərin miqyasını əks etdirmədiyi hesab edilir.
 
San Bernardirnoda Kaliforniya ştat universitetinin rəqəmləri 2017-ci ildə ABŞ-ın əsas şəhərlərində nifrət zəminində cinayətlərin artmaqda davam etdiyini göstərir.
 

Google+ WhatsApp ok.ru