Federika Moqerini:İranın nüvə proqramına dair planın icrasının davamı Amerikanın xeyrinədir

Federika Moqerini:İranın nüvə proqramına dair planın icrasının davamı Amerikanın xeyrinədir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyir ki, əgər ABŞ-ın yeni prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planından(HBFP) boyun qaçırsa Amerika ilə Rusiya arasında qarşıdurma olacaq. 
 
Maide.Az xəbər verir ki,  F.Moqerini  “Wall Street Journal”-a müsahibəsində deyib ki, D.Trumpın nüvə proqramı ilə bağlı İrandan yeni imtiyaz alması mümkinsizdir. “Bu beynəlxalq bir razılıqdır və BMT çərçivəsində əldə olunub. Hərtərəfli Birgə Fəaliyyət Planından pozmaq üçün heç bir yol yoxdur. Düşünürəm ki, bu planın icrasının davam etdirilməsi Amerikanın xeyrinədir”. 
 
F.Moqerini deyib ki,  nüvə sazişini pozmağın Amerika üçün ilk nəticəsi bu olacaq ki, Amerika Rusiya prezidenti Viladimir Putinlə üzləşməli olacaq. Çünki Rusiya bu planı imzalayan ölkələrdən biridir. 
 
D.Trump öz seçki təbliğatı zamanı  çıxışında  Hərtərəfli Birgə Fəaliyyət Planını faciə adlandırmış və bu planı ləğv edəcəyini demişdi. 
 

Google+ WhatsApp ok.ru