FETÖ ilə əlaqədar 800 nəfərdən çox adam həbs edildi

FETÖ ilə əlaqədar 800 nəfərdən çox adam həbs edildi

Türkiyə polisi dünən gecə FETÖ ilə əlaqədə şübhəlilərin kütləvi həbsini keçirib.
 
Əksəriyyəti polis əməkdaşları olmaqla 803 nəfər həbs olunub.
 
Gecə vaxtı başlayan  reydlər Türkiyənin 81 əyalətinin 54-də həyata keçirilib. Şübhəlilərin  iş yerləri və evlərində axtarıqda 8,5 min polis iştirak edib. Əməliyyatda Regional Təhlükəsizlik İdarələri də iştirak edib və tutulma hadisələrinin Türkiyənin bütün əyalətlərində ola biləcəyi vurğulanıb.
 
Xatırladaq ki, 2016-cı ilin 15 iyununda Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabit  qrupu, həmçinin jandarmeriya dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurma İstanbul və Ankarada yaşanıb. Qiyamçılardan əlavə, ümumilikdə 246 nəfər həlak olub, 2000-dən çox adam yaralanıb. Qiyamçılar Baş Qərargah rəisi Hulusi Akarı ələ keçirib Təyyib Ərdoğanı tutmağı planlaşdırmışdı. Sonda hökumət ölkədə vəziyyəti nəzarətə ala bilib. 
 
Çevriliş cəhdinə görə, hökumət ABŞ-da yaşayan Fətullah Güləni və Türkiyədə fəaliyyət göstərən FETÖ tərəfdaşlarını ittiham etmişdi. (faktxeber) /

Google+ WhatsApp ok.ru