Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri 22 Yanvar 2021 13:24 Xəbərlər Fevralın 1-dən valideynin öz övladının yalnız distant formada tədrisinin davam etdirmək istəməsi hüququ var. Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda sosial məsafə tələbi olduğundan siniflər iki qrupa bölünəcək. O fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulduğunu deyib. “Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa oluna bilər”. Teqlər : #Fevralın,#1dən,#sonra,#şagirdlərin,#distant,#tədrisi,#seçmək,#hüququ,#var,#Təhsil,#naziri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yol hərəkəti qaydalarının pozulmasının foto və video vasitəsilə aşkarlanmasına dair qərar 4 halda rəsmi sayılacaq Dərslər bu qayda ilə keçiriləcək: təlimat göndərildi - Rəsmi