BMT: Koronavirus pandemiyası dünyada  qlobal aclığı artırıb

BMT: Koronavirus pandemiyası dünyada qlobal aclığı artırıb

 
Birləşmiş Millətlər Təşkilatı (BMT) son hesabatında koronavirus pandemiyasının qlobal aclığı artırdığını, dünya əhalisinin təqribən onda biri və ya 811 milyonunun qidalanmadığı bildirilib. 
 
Maide.Az xəbər verir ki, BMT-nin beş qurumu tərəfindən ortaq şəkildə yayımlanan hesabatda, aclığa son qoymaq üçün qlobal səylərin 2030-cu ilə qədər davam edəcəyini  bildirib.  
 
Hesabatda qeyd olunur ki, dünyada aclığın aradan qaldırıılması üçün səylər göstərilsədə bu proses 2030-cu ilə kimi  davam edəcək və bu problemin həlli üçün indi addım atılmalıdır. 
 
Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu və Dünya Qida Proqramınun birlikdə hazırladığıar “Dünyada Bəslənmə və QıdaTəhlükəsizliyi " adlı hesabatda bildirilir ki, dünyada əksəriyyəti uşaq olan milyonlarla insanın ərzaq təhlükəsizliyi risk altındadır.
 
Hesabtda  dünyada aclığa səbəb kimi  koronavirus pandemiyasının yayılması  və onun insanların yaşayışına təhlükəsi göstərilib. 
 
Hesabatda qeyd olunur ki, aclıqdan əziyyət çəkənlərin 418 milyon nəfəri Asiyada yaşayır. Təqribən 282 milyon nəfəri isə Afrika qitəsindəndir.  Aclıqdan əziyyət çəkənərin  60 milyon nəfəri Latım Amerikasındadır, qalanları isə dünyanındigər bölgələrindədir. 
 

Google+ WhatsApp ok.ru