Sakit okeanda gərginlik-Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Sakit okeanda gərginlik-Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Dörd Çin gəmisi Yaponiyanın mübahisəli sayılan Senkaku (çinlilər Dyaoyuydao adlandırır-red.) adalarındakı akvatoriyasına daxil olub.  

 
Maide.AZ "deyerler.org"a istinadən xarici agentliklərə istinadən xəbər verir ki, bu, Çinin Yaponiyanın dəniz sərhədlərini 30-cu dəfə pozma hadisəsidir. Hətta sonuncu vaqiədə dörd gəmidən birinin topla təchiz olduğu görünüb.
 
Hələ bu ilin yanvar ayında ABŞ müdafiə naziri, general Lloyd Ostin Birləşmiş Ştatların Çinin də iddia etdiyi mübahisəli Senkaku adalarında rəsmi Tokionun yanında olduqlarını və onu bütün vasitələrlə müdafiə edəcəklərini söyləmişdi.  
 
Qeyd etmək lazımdır ki, adı çəkilən adalar ötən əsrin 60-cı illərindən bu yana Yaponiya və Çin arasında mübahisə obyekti sayılır. Adalar 1972-ci ildən bu yana Yaponiyanın inzibati nəzarəti altındadır. Əraziyə bu qədər diqqət cəlb olunmasının əsas səbəbi, yaxınlarda həmin bölgədə neft yataqlarının tapılması ilə bağlıdır.
 

Google+ WhatsApp ok.ru