Fevralın 27-də  gözlənilən hava şəraiti açıqlanıb -  XƏBƏRDARLIQ

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ

Güclü külək əsəcək

Fevralın 27-də  gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3,  gündüz  6-8, Bakıda gecə 1-3,  gündüz  6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  
 
Fevralın 27-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 
 
Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-5 dərəcə şaxta olacaq. 
 
Tibbi-meteoroloji proqnoz
 
Fevralın 27-də Abşeron yarımadasında  meteoroloji  amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 
Xəbərdarlıq
 
Martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.  
 
Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 

 

Google+ WhatsApp ok.ru