Feysbuk-da işləmək üçün hamı müraciət edə bilər

Feysbuk-da işləmək üçün hamı müraciət edə bilər

"Feysbuk"un dizayn proqramının direktoru Mişel Morrison "Feysbuk"da işləməyin mümkün olduğunu və hər bir kəsin müraciət edə biləcəyini deyib.
 
"Feysbuk"un getdikcə daha da genişləndiyini və platformadan 2 milyard insanın istifadə etdiyini deyən Morrison, dünyadakı hər kəsi bir araya gətirmək istədiklərini bildirib: "Sosial dəyər formalaşdırdığımız prosesdə inkişafa davam edəcəyimizə inanırıq", - deyə o bildirib.
 
Morrison "Feysbuk"dan ən çox istifadə edənlərin ABŞ-da olduğunu, ondan sonra Kosta-Rika və İndoneziya kimi ölkələrdə də genişləndiklərini bildirib. O, ən böyük trendin isə mobil telefonları və yüksək keyfiyyətli internetin olduğunu vurğulayıb.
 
Morrison "Feysbuk"da iş görüşməsinə gələnlərin açıq və dürüst danışması, kim olduğunu və dəyərlərini söyləməli olduğunu vurğulayıb: "Dünyanı daha yaxşı vəziyyətə gətirmək üçün çalışan insanlarla işləmək istəyirik", - deyə o bildirib.
 
Morrison daha sonra belə danışıb: "Planlarınız, iş strategiyanız, şəxsi qabiliyyətləriniz və istedadlarınız insanların bir yerə toplaşmasına kömək edirsə, o zaman "Feysbuk" işləmək üçün müraciət edən şəxslərə ən uyğun bir yerdir.
 
Gələcəyin texnologiyalarına rəhbərlik edirik. "Feysbuk" kimi daim insanları bir-birinə bağlayan texnologiyaları təqdim etməyə davam edəcəyik. Dünyanın hər yerindən insanları işə götürürük. Bütün dünyada 16 ofisimiz var.
 
İstənilən türk dizayner "Feysbuk" ilə işləmək istəyirsə, ən uyğun ofisi tapıb müraciət edə bilər. Türkiyədə dizayn sahəsini yavaş-yavaş böyüdərək, inkişaf etdiririk. "Feysbuk"da işləmək qeyri-mümkün deyil, hər kəs müraciət edə bilər". (deyerler) /

Google+ WhatsApp ok.ru