Feysbuk 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb

Feysbuk 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb

Feysbuk şirkəti 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.
 
Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələki məlum deyil.
 
Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.
 
Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib.
 

Google+ WhatsApp ok.ru