Feysbuka qarşı kampaniya başladı - Fələstinə görə

Feysbuka qarşı kampaniya başladı - Fələstinə görə

-- #FBfightsPalestine haştaqı ilə

Feysbukun Fələstin siyasədinə qarşı kampaniyaya start verildi.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, Feysbuk Fələstin millətini dəstəkləyən səhifə və hesabları sosial şəbəkənin qaydalarına uyğun olmaması iddiası ilə  bloklayır.
 
Buna etiraz edən Fələstin və dünyanın bir çox yerindən jurnalist və aktivistlər, Feysbuka qarşı kampaniyaya başlayıblar.
 
Onlar #FBfightsPalestine haştaqı ilə Feysbukun Fələstinə qarşı düşmənlik hissi bəslədiyini bütün dünyaya çatdırmağa çalışırlar.
 
Etirazçılar Feysbukun bu addımı ilə bağlı azad düşüncə qurumlarına şikayət etmək niyyətində olduqlarını da bildiriblər.

 

Google+ WhatsApp ok.ru