Feysbukdan inqilabi yenilik

Feysbukdan inqilabi yenilik

-- Yalan xəbər yayanlar ifşa ediləcək

Feysbuk sosial şəbəkəsinə xəbər lentinə yeni funksiyalar əlavə edilib.
 
Maide.Az Habertürk-ə istinadən xəbər verir ki, bundan sonra xəbər lentində yalan məlumatlar yayn şəxslər haqqında da məlumat veriləcək.
 
Xəbərlərin yuxarı hissəsində “i” işarəsi, yəni məlumatlandırıcı lövhə yer alacaq və burada həmin xəbərin daha öncə harada və kimlər tərəfindən paylaşıldığı qeyd ediləcək.
 
Bu yenilik hazırda ABŞ-dakı istifadəçilərin ixtiyarına verilib. Funksiyanın digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi və ya hansı tarixdə veriləcəyi bilinmir.
 

Google+ WhatsApp ok.ru