Feysbukda olan virus mesajlarını bu cür təmizləyin

Feysbukda virus mesajlara son günlər geniş yayılıb. “Dost, bu sənsənmi?” “Bu rəzalətə baxın?” və s. bu tipli virus mesajlar açıldıqda sizin kompüterinizə də keçmiş olur. Sonra həmin virus-mesaj kompüterinizdən digər dostlarınıza göndərilərək onları da bu virusa yoluxdurmuş olur. Bəs bu virusu necə təmizləyək?
Axar.az xəbər verir ki, mütəxəssislər kompüterinizdəki virusları təmizləmək üçün “Malwarebytes” proqramından istifadəni tövsiyyə edilər. Bu proqramı endirərək, kompüteri zərərli viruslardan təmizləyin, daha sonra "AdwCleaner" proqramını kompüterinizə qurun.
Təmizləmə əməliyyatına başlamazdan əvvəl “Internet Explorer Firefox Google chrome” və digər açıq proqramlar bağlanmalıdır.
“ADWCLEANER” proqramından istifadə:
● “Scan” düyməsinə basın.
● “ADWCleaner” Feysbuk virusu istənməyən plugin və digər zərərvericiləri təmziləməyə başlayacaq.
● Təmziləmə əməliyyatı bitdiyində kompüterinizdə Feysbuk viruslar və digər zərərvericiləri listələnəcək, zərərliləri silmək üçün “Clean” düyməsini basın.
“ADW Cleaner” təmizləmə əməliyyatını bitirmək üçün kompüteriniz restart istəyəcək: razılıq verin.
Beləliklə, kompüteriniz Feysbuk virus mesajlardan artıq təmizlənmiş sayılır. /
 

 

Google+ WhatsApp ok.ru