Feysbukda problem yaranıb

Feysbukda problem yaranıb

"Facebook" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
 
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
 
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Meksika, Braziliya, Çili və Peru sakinlərində müşahidə edilir.
 
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 52 faizi sosial şəbəkənin səhifələrinin işləməməsi, 31 faizi sosial şəbəkəyə daxil olmaqda problemlərin yaşanması, 15 faizi isə "Facebook" mobil tətbiqinin işləməməsi ilə əlaqədardır.
 

Google+ WhatsApp ok.ru