Feysbukda xəbər lentindəki postların həcmi azaldılacaq

Feysbukda xəbər lentindəki postların həcmi azaldılacaq

Feysbuk şirkəti sosial şəbəkə istifadəçilərinin xəbər lentində əks olunan siyasi məlumatın miqdarını azaltmağı planlaşdırır. 
 
Maide.Az "TED.az"a istinadla xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
 
Sosial şəbəkə rəhbərliyinə edilən ümumi çağırışlardan biri də istifadəçilərin xəbər lentindəki  siyasi məzmunun çox olması ilə bağlı olub. 
 
Yaxın bir neçə ayda şirkət insanların siyasi məlumatlara olan maraqlarını öyrənərək və bir sıra yanaşmaları sınayacaq.
 
İlk addım, önümüzdəki həftələrdə Kanada, Braziliya, İndoneziya və ABŞ sakinlərinin kiçik bir hissəsi üçün xəbər lentindəki siyasi məzmunlu postların həcmi müvəqqəti azaldılacaq.
 

Google+ WhatsApp ok.ru