FİFA-ın yeni reytinqi: millimiz irəlilədi

Bu gün FİFA milli komandaların növbəti reytinqi açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 yığması yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda Robert Prosineçkinin komandası 269 xalla 133-cü pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 5-ci, Şimali İrlandiya 26-cı, Çexiya 29-cu, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

İlk onluqda isə aşağıdakı komandalar yer alıb: 
1 (1). Argentina 
2 (2). Belçika 
3 (3). Çili 
4 (4). Kolumbiya 
5 (5). Almaniya 
6 (6). İspaniya 
7 (7). Braziliya 
8 (8). Portuqaliya 
9 (9). Uruqvay 
10 (10). İngiltərə 

Google+ WhatsApp ok.ru