FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb

Azərbaycan millisi bir pillə irəliləyib
 
FİFA yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib. 
 
Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 388 xalla 89-cu yerdədir. 
 
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla 3-cüdür. Hər ikisi 3 pillə geriləyən Şimali İrlandiya 772 xalla 35-ci, Çexiya 669 xalla 46-cı sıradadır. San Marino 17 xalla 202-ci pillədə qalıb. 426 xalla 3 pillə irəliləyən Norveç isə 81-cidir. Siyahıda Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-cidir. 
 
Azərbaycan millisi ilə martın 9-da yoldaşlıq görüşü keçirəcək Qətər 418 xalla 85-ci, Türkiyə isə 857 xalla 24-cü pillədə qalıb.  
 
Qeyd edək ki, növbəti reytinq siyahısı martın 9-da açıqlanacaq. /

Google+ WhatsApp ok.ru