FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb

-- Axtarışlar başlanılıb

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.
 
FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

 

Google+ WhatsApp ok.ru