FHN Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb 27 İyul 2014 01:00 Hadisə Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb. Maide.az-;n nazirliyin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Teqlər : #FHN Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zaqatalada intihar hadisəsi baş verib Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb