FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO) 13 Mart 2017 02:00 Ölkə Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Maide.Az xəbər verir ki, Nazirlikdən verilən məlumatda bildirilir ki, bayram ilə əlaqədar keçirilən mərasimlərdə əhali təhlükəsizlik qaydalarını bilməlidir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin". / Teqlər : #FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəndlilərə bildiriş gəlib: Torpağı ək, yoxsa… Azərbaycan Qazaxıstandan yeni teplovozlar alıb