Fidel Kastro: `Dollar və avro gələcəkdə rubl və yuandan asılı olacaqlar`

"Qərb ölkələrinin siyasəti sonda ona gətirib çıxaracaq ki, dollar və avro çox yaxın vaxtlarda rus rublundan və Çin yuanından asılı qalacaq"
 
Bu sözləri "Azadlıq adası"nın lideri Fidel Kastro deyib.
 
"ABŞ-ın istismarı altında inildəyən Avropa marksist ideyaları ilə silahlanmış dünyanın iki millətinə müharibə elan etməkə öz sonunu hazırlayır. Avropa unutmamalıdır ki, Amerika ilə birlikdə yaratdıqları imperialist kolonial sistemi məhz bu iki dövlətin sayəsində çöküb", deyə Fidel Kastro sayta verdiyi müsahibəsində bildirib.
 
"Qərb unutmamalıdır ki, onun yaydığı ədalətsizlik mütləq aradan qalxacaq və dünya üzərindəki hakimiyyətləri lazımsız pulları, dolar və avro kimi tarixə qarışacaq. Rusiya və Çin böyük potesiala maik dövlətlərdir və yaxın gələcəkd ABŞ və Avropa iqtisadi cəhətdən tam olaraq bu iki böyük dövlətdən asılı olacaqlar" - Fidel Kastro müsahibəsini bu sözlərlə bitirib.

Google+ WhatsApp ok.ru