Fidel Kastro: Vaşinqton tətbiq etdiyi embarqoya görə Kubaya milyonlarla təzminat ödəməlidir

Kubanın əfsanəvi lideri Fidel Kastronun 89 yaşı tamam olur. Bu münasibətlə paytaxt Havannada təşkil edilən bayram şənliklərinə müxtəlif ölkələrdən xeyli sayda qonaqlar gəlib. Ən çox diqqəti çəkən isə Amerika Birləşmiş Ştatlarının hədiyyəsi olub. Vaşiqtonun sürprizi kubalılar üçün qeyri-adi və arzulanandır.
 
Kubalılar illər öncə olduğu kimi yenə də əfsanəvi lider Fidel Kastro üçün meydanlara toplaşıb. Lakin bu dəfə onlar mitinq yaxud da çevriliş üçün yox, 89 yaşlı Kastronun ad gününü qeyd etmək üçün toplaşıblar.
 
Kubaya məxsus musiqilərin ifası və nümayiş etdirilən rəqslər küçələrə əlavə rəng qatıb. Havanna qalereyasında kommunist liderin həyatını əks etdirən fotolar sərgilənib. 48 il ada ölkəsini fasiləsiz idarə edən lider haqqında hər kəs sevgi ilə danışır.
 
Birləşmiş Ştatların diplomatik buzları əritməsinə baxmayaraq, Fidel Kastro bəyan edib ki, neçə illərdir Vaşinqton tətbiq etdiyi iqtisadi embarqoya görə Kubaya milyonlarla dollar təzminat ödəməlidir. Havanna hökuməti isə danışıqlarda iqtisadi yatırımlarla bağlı razılıq əldə etməyə çalışır.  

Google+ WhatsApp ok.ru