Filippində müsəlmanlarla bağlı tarixi referendumun ilkin nəticələri açıqlanıb 22 Yanvar 2019 11:32 Dünya Filippinin cənubunda Moro müsəlmanlarının taleyini müəyyənləşdirəcək referendumda səslərin sayılması davam edir. İlkin nəticələrə görə, Cotobato və Isabella şəhərlərinin sakinlərinin «Bəli» səsi rekord həddi keçib. Maide.Az "faktxeber"ə istinadla verdiyi məlumata görə, Cobatoda 65 faiz, Tavi-Tavidə isə 80 faiz təsdiq səsi toplanıb. Xatırladaq ki, yanvarın 21-cə Filippinin cənubunda Moro xalqından olan müsəlmanlara geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib. Məlumata görə, Mandanao adasında və yaxınlıqdakı kiçik adalarda 3 milyona yaxın adam səsvermə hüququna malikdir. Yanvarın 26-da açıqlanacaq nəticələrdən sonra ərazidə yeni Banqsamoro (Moro xalqı) Muxtar rayona yarana bilər. Belə olarsa hökumət iqtisadi, maliyyə, sosial, mədəni, təhsil sahələrində geniş səlahiyyətlərə malik olacaq. Həmçinin ərazidə şəriət məhkəmələri fəaliyyət göstərəcək. Filippinin Mərkəzi hökuməti isə müdafiə, təhlükəsizlik, xarici və maliyyə kredit siyasətinə nəzarət edəcək. Muxtariyyətin yeni administrasiyası tam olaraq 2022-ci ildə keçiriləcək seçkilərdən sonra qurulacaq. O vaxta qədər hökumət Manila və Moro İslam Azadlı Cəbhəsi arasında sazişə uyğun olaraq keçid orqanının əlində olacaq. Saziş tam olaraq 2017-ci ildə işlənib və imzalanıb. 2018-ci ilin may ayında sənəd Filippin Konqresi tərəfindən təsdiqlənib, iyul ayında isə Rodriqo Duterte tərəfindən imzalanıb. Teqlər : #Filippində,#müsəlmanlarla,#bağlı,#tarixi,#referendumun,#ilkin,#nəticələri,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlman həkimlər ABŞ-ın Ohayo əyalətində xəstələrə pulsuz xidmət göstərən kilinika təsis edib - FOTO Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO