Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəlib -YENİLƏNİB

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəlib -YENİLƏNİB

Xilasedicilər Holo adasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerdə 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədini tapıblar.

 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
 
Bildirilib ki, beş hərbi qulluqçu itkin düşmüş hesab olunur.
 
CNN Philippines telekanalının verdiyi məlumata əsasən, sağ qalan 49 əsgərdən 32-si müalicə üçün Zamboanga şəhər xəstəxanasına köçürülüb.
 
"C-130" hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri hələ də davam edir.
 
***
 
Filippinin xilasediciləri ölkənin Hərbi Hava Qüvvələrinin Xolo adasında təyyarəsinin qəzaya uğradığı yerdə 29 nəfərin meyitini aşkarlayıb.
 
Maode.Az xəbər verir ki, bu barədə "Reuters" hərbçilərə istinadən məlumat yayıb.
 
Qeyd edilir ki, daha 17 nəfər itkin düşmüş sayılır. Qəza zamanı yaralananların sayı 50 nəfəri ötüb.
 
Hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.

Google+ WhatsApp ok.ru