Filippində müsəlmanlar yaşayan ərazilərlə bağlı yeni qanun layihəsi

Filippində müsəlmanlar yaşayan ərazilərlə bağlı yeni qanun layihəsi

Filippin dövləti müsəlmanlar yaşayan ərazilərlə bağlı yeni qanun layihəsi təsdiqləyib. 
 
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, yeni qanun layihəsinə görə, Filippinin Mindanao əyaləti və onun ətrafındakı adalarda yaşayan mavr  (Moor) müsəlman azlıqlara muxtariyyət veriləcək.
 
Asiyanın cənub-şərqində və Sakit okeanın qərbində yerləşən və 7 min adadan ibarət olan Filippin ölkəsi üç əsas coğrafi hissədən ibarətdir: Luson, Visay və Mindanao.
 
Filippin 1565-ci ildən 1898-ci ilədək İspaniya krallığının işğalında olub. Bu ölkənin adı da İspaniyanın ikinci kralı Filipin adından götürülüb. Hazırda bu ölkənin əhalisinin sayı 100 milyon nəfər təşkil edir ki, onların əksəriyyəti katolik xristianlardır.
 
Ötən həftənin Cümə günü, (27 İyul 2018-ci il) Filippinin prezidenti milli məclisin müsəlman azlıqların hüquqlarının qorunması və onların daimi yaşayış yeri ilə təmin olunması məqsədilə müsəlmanların sıx yaşadığı Mindanao əyatəlinə muxtariyyət verən qanun layihəsini təsdiqləyib.
 
Filippində yaşayan müsəlmanlar ölkə əhalisinin 11 faizini təşkil edir.   Mavrların ən çox yaşadıqları bölgələr, Maguindanao, Lanao del Sur, Sulu, Tvai Tvai və Basilan olaraq sıralanır. 
 
Filippində müsəlmanlar XIV əsrdən yaşayır. Onlar bu adlara ticarət üçün gəlmiş Ərəblərdən İslam dinini öyrəniblər. Sonralar qohumluq əlaqələri İslam dininin bir çox adalarda yayılmasına səbəb olub.
 
XVI əsrdən başlayaraq Filippin müxtəlif imperialist qüvvələrin işğalına məruz qalıb.  İspan dili əsas dil və katolik xristianlıq əsas din kimi hakimiyyətə gəldi, müsəlmanlar bu ölkədə dini azlığa çevirilib və muxtariyyətləri əllərindən alınıb. 20-ci əsrin ortalarında ABŞ və İspaniya razılaşması bütün adaların vahid hakimiyyət altına alınmasına səbəb oldu və müsəlmanlara qarşı hücumlar qətliam və soyqırım həyata keçirildi. 
 
ABŞ-ın mənfur siyasi oyununa gəlmiş hakimiyyət və müsəlmanlar arasında baş verən qarşıdurmalarda 120 mindən çox müsəlman öldürüldü və iki milyon müsəlman qaçqın düşdü. Amma bu uzun illər ərzində İslami Müqavimət gücləri mübarizəni dayandırmadılar və nəhayət bu günlərdə yenidən öz muxtariyyətlərini əldə etdilər.
 
Filippin hakimiyyəti ilə müsəlmanlar arasında 1997-ci ildə müzakirələr başladı və 2012-ci ildə atəşkəs imzalandı. Malaziyanın vasitəçilik etdiyi bu müzakirələrdə "Müsəlman Azadlıq Cəbhəsi" müstəqil hakimiyyət qurmaq fikrindən vaz keçdi və müsəlmanlara muxtariyyət verilməsi ilə razılaşdı.
 
Keçən həftənin Cümə günü yeni təsdiq edilmiş qanun layihəsində müsəlmanların sıx yaşadığı Mindanao və ətraf adalara muxtar hakimiyyət verildi.
 
Yeni qanun layihəsinə görə, müsəlmanlar 150 gün ərzində referendum keçirərək 80 nəfərlik şuranın üzvlərini seçməlidirlər. Bu şura isə yeni hökumətin baş nazirini qarşıdan gələn dörd il üçün seçəcək. Həmçinin bu qanuna əsasən, "Azadlıq Cəbhəsi"nin 30 faizi həmin günlərdə silahlarını dövlətə təhvil verməlidir və bu iş 2022-ci ilədək bütün müsəlman qruplaşmaların tərkisilah olunmasına qədər davam edəcək.
 
Yeni qurulacaq muxtariyyətin adı "Bangsamuru muxtar dölvəti" olacaqdır. Filppin mərkəzi dövləti Mindanaodakı bütün ixtiyarlarını Bangsamuru dövlətinə təhvil verəcək.
 

Google+ WhatsApp ok.ru