Filippində polislə atışmada şəhər meri öldürülüb

Filippində polislə atışmada şəhər meri öldürülüb

Həmçinin onun yaxın ətrafından 9 nəfər öldürülüb
 
Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.
 
TASS-a istinadən xəbər verilir ki, bu barədə Filippində nəşr edilən "Gulfnews" qəzeti məlumat yayıb.
 
Nəşrin məlumatına görə, hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutub.
 
Qeyd edək ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb. (report) /

Google+ WhatsApp ok.ru