Filippinin müsəlmanları:Mavrlar

Filippinin müsəlmanları:Mavrlar

Filippin arxipelağının cənubunda yerləşən Mindanao, Palavan və Sulu adalarında yaşayan müsəlmanlar mavrlar adlandırılır.
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Filippin əhalisinin təqribən 11 faizini təşkil edən, həyat tərzlərinə görə tənqid edilən və diqqətdən kənarda qalan mavrlar, İslamı XIV əsrdə qəbul ediblər.
 
"Bangsamoro" və yaxud "Bangsa Moro" da adlandırılan mavrlar, Filippində katolik olmayan ən böyük ikinci qrupdur və özündə 13 fərqli dildə danışan etnik qrupu birləşdirir.
 
İrqi və mədəni cəhətdən filippinlilərin böyük əksəriyyəti ilə eyni kökə malik olan mavrlar, əsrlərlə müstəmləkəçi ispaniyalılar və amerikalılara qarşı mübarizə aparırdılar. 20-ci əsrə qədər öz müstəqil dövlətlərində yaşayan mavrlar , 1946-cı ildə ABŞ müstəmləkəçiləri tərəfindən xristian flippinlilərin idarəetməsinə verilib.
 
Mavr xalqı bu tarixdən etibarən müstəqilliklərini yenidən əldə etmək üçün siyasi müzakirə yollarını istifadə etməyə başladılar.
 
Siyasi müzakirələrin nəticə verməməsi və müsəlman xalqının hədəf alındığı hücumların etnik təmizliyə çevrilməsi, mavrların müdafiə olunmaq məqsədi ilə 1970-ci ildə silahlı mübarizə aparmaq qərarına gəlməsinə səbəb oldu.
 
Filippin dövləti ilə mavrlar arasında 40 ildən artıq davam edən toqquşmalarda 120 mindən çox insan həyatını itirib, 2 milyon insan isə didərgin düşüb.
 
Mavrların sayı bu gün 10 milyondan artıqdır. Mavrların ən çox yaşadıqları bölgələr, Maguindanao, Lanao del Sur, Sulu, Tvai Tvai və Basilan olaraq sıralanır.

Google+ WhatsApp ok.ru