Fiziki şəxslər gəlir vergisindən azad olunacaq

Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.
Maide.az "Report" istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi-siyasət komitəsinin "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur.
Qeyd edək ki hazırda olan qaydaya əsasən fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, illik gəliri 3 min manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli qədər olan hissəsi gəlir vergisindən azaddır.

Google+ WhatsApp ok.ru