Florentino Peresin prezidentlik dönəmi bitir

Florentino Peresin prezidentlik dönəmi bitir

O, yorğun olduğu üçün özünə və ailəsinə vaxt ayırmaq istəyir
 
İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres postunu təhvil verməyə hazırlaşır.
 
"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 69 yaşlı funksioner həddindən artıq yorğun olduğu üçün özünə və ailəsinə vaxt ayırmaq istəyir.
 
F.Peres vəzifəsindən gedəcəyini elan edəcəyi halda, onu kimin əvəzləyəcəyinə dair məlumat verilmir.
 
Qeyd edək ki, bu, Florenino Peresin "Real Madrid"də 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldu, Kaka kimi ulduz futbolçuları transfer edən 69 yaşlı iş adamı xeyli sayda kubok da görüb.
 
"Real Madrid" onun rəhbərliyi altında 5 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 3 dəfə Çempionlar Liqasını qazanıb. /

Google+ WhatsApp ok.ru