Florida universitetində İslam Dünyası Araşdırma Mərkəzi yaradılacaq

Florida universitetində İslam Dünyası Araşdırma Mərkəzi yaradılacaq

-- bu mərkəz iki müsəlman xeyriyyəçinin dəstəyi ilə ...

ABŞ-ın Florida Beynəlxalq Universitetində  İslam Dünyası Araşdırma Mərkəzi yaradılacaq. 
 
Maide.Az “miamiherald.com”-a istinadən xəbər verir ki, bu mərkəz iki müsəlman xeyriyyəçi Muhsin və Fevziye Cafer tərəfindən hədiyyə edilən iki milyon dollar məbləğində maliyyə dəstəyi ilə yaradılacaq. 
 
Bu mərkəz  Florida ştatında yaradılacaq ilk İslam Araşdırmalar Mərkəzidir. 
 
Florida Beynəlxalq Universitetinin rektoru Mark B.Rosenberg məsələ ilə bağlı bildirib ki, bu mərkəz müsəlmanların  tarixini və mədəniyyətini,  dinlərarası münasibətlərin  yaxşılaşdırılmasına xidmət edəcək.     
 

Google+ WhatsApp ok.ru