Florida ştatında aztəminatlı vətəndaşlara İmam Hüseyn (ə) ehsanı paylanıb FOTO

Amerikanın məşhur "Who is Hossain" hərəkatı ölkə daxilində müxtəlif tədbirlərinə davam edir.
Maide.az hərəkata istinadən xəbər verir ki, ötən gün hərəkatın Florida ştatının Orlanda şəhər heyəti 100-dən artıq evsiz və aztəminatlıya yemək və içkilər ehsan edib. Mərkəzi Florida bölgəsində aparılan işlər çərçivəsində bir sıra insana İmam Hüseyn (ə) ehsanı çatdırılıb. 
"Biz də eyni zamanda İmam Hüseynin (ə) həyatı və şəhadəti barədə qadın və uşaqlara broşürlər payladıq. Bu yolla İmamı (ə) tanımaqda onlara yardımçı olduq", - deyə hərəkat fəallarından biri bildirib. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru