Foqts: “Azərbaycanda futbol ancaq pul üçündür”

Milli komandamızdan istefa verən Berti Foqts ilk geniş müsahibəsini ölkəsinin Suedkurier.de saytına verib.

 

Axar.az xəbər verir ki, almaniyalı çalışdırıcı yenə günahı özündə görməyərək azərbaycanlı oyunçulardan narazılığını bildirib.

 

Apasport.az müsahibəni alman saytına istinadən yayıb. Foqts bildirib:

 

“Artıq Azərbaycan yığmasında işləməkdən təngə gəlmişdim. İtaliyaya qarşı oyundan 3 gün sonra Xorvatiya ilə matça futbolçularda güc qalmamışdı. Niyə? Ona görə ki, ordakı 7 illik fəaliyyətim dövründə futbolçulardan yalnız çox çalışmalı, çox qaçmalı olduqlarını tələb etsəm də, məni eşitməzliyə vurdular. Belə davam edə bilməzdim. Ona görə də məntiqli addım atdığımı düşünürəm”.

 

Alman mütəxəssis deyib ki, Azərbaycanda oynanılan futbol ancaq pul üçündür:

 

“Oyunçular futboldan həzz almır. Orda futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orda təkmilləşəcəklərini məsləhət görürdüm.

 

Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də heç hara getmirdilər. Mən Avropa çempionatının seçmə mərhələsi üçün komandanı gəncləşdirdim.

 

Ancaq şərait eyni olaraq qalırdı. Belə oyunçularla mən çox işləməyi daha istəmədim. Hələ mənim aynada özümə baxan vaxtımdır”.

Google+ WhatsApp ok.ru