''Formula 1 və İslam Həmrəyliyi oyunlarından imtina edilsin''

Müsavat Partiyası hakimiyyətı çağırış etdi
 
Fevralın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan Meydan TV-yə verilən məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
 
Yığıncaqda partiyanın fevral ayında keçirəcəyi zona müşavirələrinin qrafiki müzakirə olunaraq qəbul edilib.
 
Sonra Divan hazırki iqtisadi böhranla əlaqədar Azərbaycan hakimiyyətini ölkədə keçirilməsi nəzərdə tutulan “Formula 1” və IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığından imtina etməyə çağırıb.
 
Yığıncaqda Rusiyaya məxsus hərbi təyyarələrin Türkiyənin sərhədlərini növbəti dəfə pozması pislənib, bu hadisənin regionda qlobal hərbi qarşıdurmaya gətirə biləcəyi narahatlığı  ifadə edilib.
 
Sonda cari məsələlərə baxılıb. meydantv/
 

Google+ WhatsApp ok.ru