Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb

Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb

-- Proqram xüsusi alqoritmlərdən istifadə etməklə təsvirin ötürülməsi zamanı...

“Google” korporasiyası “Android” əməliyyat sistemi üçün fotoşəkillərin keyfiyyətini yüksəldən xüsusi proqram hazırlayıb.
 
“Android” sistemi ilə işləyən smartfonların istehsalçıları qurğunun kamerasının işini tənzimləmək ehtiyacı duyurlar. Bəzən fotoçəkilişin keyfiyyəti ürəkaçan olmur.
 
Şirkətin mütəxəssisləri bu nasazlığı aradan qaldırmaq üçün “Android 7.0 Nougat” əsasında işləyən bütün qurğulara uyğun gələn “Google.Camera” proqramını hazırlayıblar.
 
Proqramın işini “Android”in daha erkən versiyaları ilə uyğunlaşdırmaq mümkün deyil.
 
Proqram xüsusi alqoritmlərdən istifadə etməklə təsvirin ötürülməsi zamanı şəkilləri daha aydın və keyfiyyətli edir.
 

Google+ WhatsApp ok.ru