Fransa polisi Rusiya senatoru, milyarder Kərimovu saxlayıb

Fransa polisi Rusiya senatoru, milyarder Kərimovu saxlayıb

-- Kərimov vergi fırıldağından əldə olunmuş pulların yuyulması ilə bağlı dindiriləcək

Media xəbərlərinə görə Fransa polisi burada aparılan vergidən yayınma təhqiqatının gedişində rusiyalı milyarder, milliyyətcə ləzgi Süleyman Kərimovu saxlayıb.
 
Forbes jurnalının təxminlərinə görə sərvəti 6, 3 milyard dollar olan Kərimov noyabrın 20-də Nitsa şəhərinin hava limanında saxlanıb.
 
Reuters Fransa prokurorluğunun rəsmisinə istinadən bildirir ki, Kərimov vergi fırıldağından əldə olunmuş pulların yuyulması ilə bağlı təhqiqat çərçivəsində dindirilmək üçün saxlanıb.
 
Interfax xəbər verir ki, Rusiya XİN Kerimovun saxlandığını təsdiq edib.
 
Nazirlik bunu da əlavə edib ki, Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının üzvü olan Kərimov diplomatik toxunulmazlığa malik olduğuna görə həbs edilməyib, lakin saxlanıb.
 
Kərimovun sərvətinin əksər hissəsi Rusiyanın ən böyük qızıl istehsalçısı Polyus şirkətinə nəzarətdən gəlir.
 
Kərimovun həm də Rusiyanın potaş (kalium duzu) hasilatçısı Uralkali və tikinti şirkəti PIK qrupunda da səhmləri var.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru