Fransa prezidentinin gecikmiş “humanistliyi”

Fransa prezidentinin gecikmiş “humanistliyi”

-- Liviyaya “demokratiya” gətirən Fransa eyni planı Suriyada etmək niyyətini bəyan edir. Ancaq...

Yaxın Şərqdə münaqişə alovunu yenidən alışdırmaq üçün bəhanə axtaranlar...
 
Fransanın prezidentı Emmanuel Makron deyib ki, Fransa Suriya ordusunun dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi öz təsdiqini tapacağı təqdirdə, Suriyaya dərhal hərbi zərbə endirməyə hazırdır.
 
"Qırmızı xəttə" riayət olunacaq", - deyə o, əlavə də edib.
 
Burda bir sual yaranır: görəsən illərdir İŞİD Suriya və İraqda dinc əhalinin aşkar şəkildə başını kəsib dənizə tökəndə Fransa niyə səsini çıxartmırdı? Yoxsa həmin insanlar “dinc” deyildi? Fransa və onun prezidenti belə humanistdirsə niyə terrorçularla mübarizə aparmırdı?
 
Bəlkə Fransa prezidenti dinc əhalini terrorçuların əlindən qurtaranın Suriya ordusu olduğunu bilmir? Dünənə qədər dünyanın qaçaq-quldurları ilə Suriyanı təkbaşına buraxanlar niyə görəsən bu gün səslərini çıxardırlar? Bəlkə regionda münaqişə alovunun sönməyə doğru getməsi onları naraht edir? Yoxsa başkəsən terrorçuların məhv edilməsi belə ağır təsir bağışlayır?
 
"Qırmızı xəttə" riayət olunacaq" deyən Emmanuel Makrona görəsən kimsə deməyib ki, Suriyada terrorçular "qırmızı xətti" çoxdan keçib onu tapdaq-tapdaq etmişdilər? Yəqin ki, bunu gözəl bilir. Amma...
 
Yaxın Şərqdə münaqişə alovunu yenidən alışdırmaq üçün bəhanə axtaranlar onu “tapmaq” üçün “Suriya ordusunun dinc əhaliyə kimyəvi silah tətbiq etməsi” ilə bağlı filmin çəkilişlərini bəlkə də çoxdan başlayıblar. Necə ki, illər əvvəl Liviyanı xarabalığa çevirəndə “Qəddafi haqqında filmlər” meydana çıxırdı.
 
Liviyaya “demokratiya” gətirən Fransa eyni planı Suriyada etmək niyyətini bəyan edir. Ancaq...
 
P.S. Suriya tarix boyu düyün olub. Bu gün də bu düyünü aça bilməyən ABŞ və Avropa hələ də bu istəkdədir. Amma necə deyərlər, qatar artıq gedir...  (islam.az)
 

Google+ WhatsApp ok.ru