Fransa çempionatının ən yaxşı futbolçusu bəlli olub 16 May 2017 01:00 İdman “PSJ” futbol klubunun hücumçusu, uruqvaylı Edinson Kavani Fransa çempionatının ən yaxşı oyunçusu seçilib. Bu barədə Fransa Futbolçularının Həmkarlar İttifaqının (UNFP) mətbuat xidmətindən bildiriblər. Cari mövsümdə 30 yaşlı E.Kavani 35 oyunda iştirak edərək 35 qol vurub və 3 nəticəli ötürmə edib. O, hazırda “Liqa 1”-in bombardirlik yarışında birincidir. 2013-cü ildən etibarən “PSJ”nin formasını geyən E.Kavani bundan əvvəl İtaliyanın “Palermo" və “Napoli” klublarının şərəfini qoruyub. 2011-ci ildə E.Kavani Uruqvay yığmasının heyətində Amerika Kubokunun qalibi olub. (apa) / Teqlər : #Fransa çempionatının ən yaxşı futbolçusu bəlli olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər Transfer xəbərləri: Kim gəlir, kim gedir?