Fransada bu parkda tullantıları qarğalar yığır

Fransada bu parkda tullantıları qarğalar yığır

Fransanın qərbindəki Puy du Fou adlı əyləncə parkında tullantıları toplamaq üçün qarğaları əhliləşdiriblər.
 
Maide.Az “Acilnews”a istinadən xəbər verir ki, qarğalara yığdıqları hər tullantıya görə yem verilir.
 
Onlar əsasən siqaret kötükləri və xırda çöpləri yığırlar.
 
Parkın rəhbəri Nikolas de Villiers bildirib ki, məqsəd sadəcə təmizliyi təmin etmək deyil, həm də təbiətin ətrafı qorumağı bizə öyrədə biləcəyini göstərməkdir.

Google+ WhatsApp ok.ru