Fransada məhbuslar qiyam qaldırıb

Fransada məhbuslar qiyam qaldırıb

-- 123 məhbus qiyam qaldıraraq öz kameralarına qayıtmaqdan imtina edib.

Parisin cənubundaki Fleury-Merogis həbsxanasında məhbuslar qiyam qaldırıb.
 
APA-nın "Sputnik News"a istinadən verdiyi xəbərə görə, 123 məhbus qiyam qaldıraraq öz kameralarına qayıtmaqdan imtina edib. Onlar gəzinti vaxtının ixtisar olunmasından sonra bu addımı atıblar. Həbsxana rəhbərliyi isə məhbusların narazılığı üçün səbəb olmadığını bildirib. Hadisə yerinə azadlıqdan məhrumetmə yerlərində baş verən bu tip hadisələrə müdaxilə edən "Eris" xüsusi təyinatlıları gətirilib.
 
Bu həbsxana Avropanın ən böyük həbsxanasıdır və orada 4,3 mindən çox məhkum saxlanılır.
 
Qeyd edək ki, həftənin əvvəlində həmin həbsxananın nəzarətçiləri məhkumların əməllərinə qarşı etiraz aksiyası keçiriblər. Ötən həftə Vanden-le-Vyey kommunasındakı həbsxanada 3 nəzarətçi hücuma məruz qalıb və xasarət alıb. Bundan sonra həmkarlar ittifaqı ölkə üzrə həbsxana əməkdaşlarını etiraz aksiyalarına çağırıb.

Google+ WhatsApp ok.ru