Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar

Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.
 
Silahlılar məscidin qarşısına avtomobillə gəlib. Onlar məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan biri 7 yaşlı uşaqdır.
 
Cinayətkarlar hadisə yerindən qaçıb. 
 
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
 
Polis hadisəni terror kimi qiymətləndirmir. Onlar hesab edirlər ki, bu gənc insanların münaqişəsidir. (faktxeber)

Google+ WhatsApp ok.ru