Fransada 50 mindən çox səhiyyə işçisi etiraz nümayişi keçirib - VİDEO

Fransada 50 mindən çox səhiyyə işçisi etiraz nümayişi keçirib - VİDEO

Üç ay sanitar böhrandan sonra Fransada həkimlər, tibb bacıları, xəstə baxıcıları, səhiyyə işçiləri etiraz aksiyası keçirərək, hökumətə sanitar böhran vaxtı verdiyi vədləri xatırladıblar. Nümayişçilər “alqışlar bitdi, indi isə mitinqlərə” şüarı altında küçələrə axışıblar.
 
Maide.Az xəbər verir ki, Paris prefekturasının məlumatına əsasən paytaxtda Ordu muzeyinin qarşında 20 mindən çox nümayişçi toplaşıb.
 
Onlar hökumətdən daha yaxşı iş şəraiti tələb ediblər.  Polis etirazçılara qarşı gözyaşardıcı qaz istifadə edib. Baş nazir Edouard Phillipe ötən ay səhiyyə xidmətində islahatlar sözü vermişdi. Həkimlər koronavirusla mübarizə üçün onlara uyğun şəraitin yaradılmadığını deyir. 26 nümayişçi saxlanılıb.
 
Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etiraz nümayişlərinə qatılıblar. 

Google+ WhatsApp ok.ru