Fransada 700-dən çox lisey tələbəsi saxlanılıb

Fransada 700-dən çox lisey tələbəsi saxlanılıb

Fransada təhsil islahatı və hökumətin vergi siyasətinə etiraz edən 700-dən çox lisey tələbəsi saxlanılıb.
 
Maide.Az  “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ötən gün keçirilən nümayişlərdə lisey tələbələri təhsildə universitetlərə qəbul zamanı əvvəlcədən tələbə seçimi ilə bağlı islahatların ləğvini tələb ediblər. Etirazçılar həm də Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edən şüarlar səsləndiriblər.
 
Şagirdlər bazar ertəsi günündən bu yana ölkənin bir çox şəhərində nümayişlər keçirir. Tələbə ittifaqları tədbirlərin daha geniş iştirakla davam edəcəyini bildirib.
 
Çərşənbə günü nümayişlərdə 32 tələbə saxlanılmışdı. 
 
Qeyd edək ki, Fransanın bir neçə şəhərində məktəblilərin dinc aksiyaları etiraz aksiyasına çevrilib. Tuluzada aksiya iştirakçıları bir neçə mağazanın vitrin şüşəsini sındırıb, Niççedə aksiya iştirakçıları ictimai nəqliyyatın hərəkərinə mane olublar. Bordoda polislər aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Ölkə mətbuatı bir məktəblinin ziyan çəkdiyini açıqlayıb.
 

Google+ WhatsApp ok.ru