Fransada həmkarlar təşkilatları yeni ümumi tətil və nümayişə çağırış edib

Fransada həmkarlar təşkilatları yeni ümumi tətil və nümayişə çağırış edib

Fransada CGT, FO, Həmrəylik, FSU kimi həmkarlar və gənclər təşkilatları pensiya islahatlarına qarşı fevralın 20-də yenidən ümumi tətil və nümayişə çağırıblar.
 
Fransada müxtəlif peşə sahibləri 2 aydan çoxdur tətil və nümayiş edirlər. Pensiya islahatı layihəsinə etiraz olaraq hər gün ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Parisdə nümayişlər keçirilir.
 
Daxili İşlər Nazirliyi bildirib ki, fevralın 6-da 15 mini Parisdə olmaqla ölkədə 121 min insan nümayişə çıxıb. Həmkarlar təşkilatı isə 130 min nümayişçi olduğunu iddia edir.
 
Unsa-RATP nəqliyyat sistemi həmkarlar təşkilatı pensiya islahatı layihəsinin Milli Assambleyada müzakirəsi gününü - fevralın 17-ni “qara birinci gün” elan edərək bütün nəqliyyat sistemi işçilərini tətilə çağırıb. /azertac
 

Google+ WhatsApp ok.ru