Fransada hava limanı ərazisini zəbt edən etirazçılara qarşı əməliyyat

Fransada hava limanı ərazisini zəbt edən etirazçılara qarşı əməliyyat

-- 400-ə yaxın etirazçı

Fransanın Nant şəhəri yaxınlığında inşası dayandırılan Notr-Dam des-Landes hava limanının ərazisini zəbt edən etirazçılara qarşı əməliyyat keçirilib.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, polis 400-ə yaxın etirazçını ərazidən çıxarıb.
 
Daxili İşlər naziri Gerard Kollomb bildirib ki, etirazçılara 14 maya qədər vaxt verilsə də, hava limanı ərazisini boşaltmayıblar. Buna görə də əməliyyat keçirilib.
 
Etirazçılar polisin gözyaşardıcı qaz və səs bombaları ilə müdaxiləsinə yanıcı maddələr və daşla qarşılıq verməyə çalışıb.
 

Google+ WhatsApp ok.ru