Fransada hökumət əleyhinə keçirilən aksiyada 51 nəfər saxlanılıb

Fransada hökumət əleyhinə keçirilən aksiyada 51 nəfər saxlanılıb

-- Aksiyaya təxminən iki min nümayişçi qatılıb

Fransada miqrantlara dəstək olmaq üçün hökumət əleyhinə toplanan nümayişçilərə polis müdaxilə edib.
 
Maide.Az hurriyet.com.tr saytına istinadla xəbər verir ki, nəticədə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb, 51 nəfər saxlanılıb.
 
Aksiyaya təxminən iki min nümayişçi qatılıb. Aksiyadan sonra nümayişçilər ətrafdakı banklara, əmlak ofislərinə, bəzi telefon mağazalarına hücum ediblər.
 
Nəticədə onların törətdiyi hücumlar böyük maddi ziyana səbəb olub.
 

Google+ WhatsApp ok.ru