Fransada islamofob hücumlar sürətlə artır

Fransada islamofob hücumlar sürətlə artır

2019-cu ildə Fransadakı islamofob hücumlar, keçən ilə nisbətən 54% arıb.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Fransa İslam Şurası Məclisinin üzvü, Fransız İslamofobiya İzləmə Mərkəzinin rəhbəri Abdullah Zikri yazılı açıqlamada bildirib ki, islamofob xarakterli hücumların əksəriyyəti Parisin də yerləşdiyi Frans və Rhone Alpes rayonlarında baş verib.
 
Abdullah Zekri, keçən il müsəlmanlara qarşı 154 hücum edildiyini, 2018-ci ildə isə onların sayının 100 olduğunu qeyd edib.
 
Zekri İslam ilə terrorun paralel olmamasına diqqət çəkərək, Fransada yaşayan müsəlmanların da digər dinlərin nümayəndələri kimi öz inanclarına riayət etmək hüququna malik olduğunu bildirib. 
 
Fransada 5 milyon müsəlman yaşayır, onların əksəriyyəti Şimali Afrikadandır.

Google+ WhatsApp ok.ru