Fransada isti hava 1 həftədə 700 nəfərin ölümünə səbəb olub

Fransanın Səhiyyə Nazirliyi 2 həftə öncə ölkədə müşahidə edilən öldürücü istilərlə bağlı açıqlama yayıb.
Maide.az xəbər verir ki, Fransada 29 iyun – 5 iyul tarixləri arasında müşahidə edilən güclü istilərə səbəbində 700 nəfər dünyasını dəyişib.
Məlumata görə, ötən illə müqayisədə bu il istilərə görə ölüm halları 7 faiz, təcili yardıma müraciət edənlərin sayı isə 3 dəfə çoxalıb.
Məlumat üçün bildirək ki, qeyd edilən həftədə Franasada son 60 ilin ən isti günləri yaşanmışdı. /

Google+ WhatsApp ok.ru