Fransada kütləvi tətil həyatı “iflic” etdi

Fransada kütləvi tətil həyatı “iflic” etdi

-- tətil günlük 20 milyon avro zərər vuracaq

Fransada bu gün başlayan kütləvi tətil səbəbindən başda Paris olmaqla bir çox şəhərdə həyat demək olar ki, dayanıb.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, tətil dəmiryolu, hava yolları, tullantı idarəsi, enerji sektoru işçiləri və tələbələr tərəfindən keçirilir.
 
Hazırda şəhərdaxili və şəhərlərarası magistral yollarda və dəmiryollarında hərəkət dayanıb, minlərcə kilometrlik tıxac yaranıb.
 
Tətilə çıxanlar dəmiryolu ilə bağlı yeni qanun layihəsinə etiraz edirlər. Yeni qanun layihəsində məmurlara tətbiq edilən güzəştlərin ləğv edilməsi və dəmiryollarının özəllişdirilməsi nəzərdə tutulub. Onlar etirazların 28 iyuna qədər davam edəcəyini açıqlayıblar.
 
Məlumata görə, tətil günlük 20 milyon avro zərər vuracaq.
 
Buna baxmayaraq, Fransa Nəqliyyat naziri Elizabet Born hökumətin geri addım atmayacağını açıqlayıb.

Google+ WhatsApp ok.ru