Fransada məscidin önündə silahlı hücum törədildi

Fransada məscidin önündə silahlı hücum törədildi

Fransanın müsəlmanların sıx yaşadığı Brest şəhərində bir adamın məscid önündə atəş açması nəticəsində biri məscid imamı olmaqla, 2 nəfərin yaralandığı bildirilib.

Bu barədə Fransa mətbuatında xəbər yer alıb.

Xəbərə görə, hadisədən sonra avtomobillə qaçan silahlının daha sonra avtomobilinin yanında ölüsü tapılıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı istintaq başlayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru