Fransada müsəlman qadının xaricə çıxmaq qadağası götürüldü

Xaricdə dini təhsil almaq istəyən Fransa vətəndaşı müsəlman qadına qoyulan qadağa götürülüb.
Maide.az xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi ilahiyyat dərsləri almaq üçün xaricə getmək istəyən 23 yaşlı gənc müsəlman qadınına xarci pasport verməmişdi.
Nazirlik İraq və Suriyada döyüşmək üçün 1000-dən çox Fransa vətəndaşının oraya getdiyini əsas gətirərək həmin qadının xarici pasport tələbini geri çevirmişdi.
Qadın məsələ ilə bağlı Paris Məhkəməsinə müraciət edib. Məhkəmə də Fransa Daxili İşlər Nazirliyinin qərarını ləğv edib.
Məhkəmənin qərarında qeyd edilib ki, “qadının ibadət və dini inancları ilə radikal dini qruplaşmalar arasında əlaqə qurulması xarici pasport qadağası üçün səbəb deyil”./

Google+ WhatsApp ok.ru